"Hindistanın Orta Asiya və Qafqaza çıxışı hərmişə arzu olunub" - "India Foundation"un direktoru

13:30 31.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Türkiyə və Hindistan artıq bir çox sahədə geniş şəkildə əməkdaşlıq edir. Ölkələrimizin qarşıda müdafiə sənayesi və bərpa olunan enerji sahələrində birlikdə hərəkət edə biləcəyini düşünürəm". 

Hafta.az-ın yazdığına görə, bunu Hindistanın ən böyük müstəqil araşdırma qurumlarından olan "India Foundation"un (Hindistan Fondu) direktoru Alok Bansal Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) “Dəyişən Beynəlxalq Konyukturada Türkiyə-Hindistan Münasibətlərində Yeni Dönem” adlı tədbirdə deyib.

Türkiyə - Hindistanın əməkdaşlıq perspektivlərini qiymətləndirən Bansal, bu iki ölkənin Asiyada dünyəvi demokratiyanı mənimsəyən nadir dövlətlər arasında olduğunu ifadə edərək, Hindistan və Türkiyəni məntiqi olaraq bir araya gətirməli olan ideoloji yaxınlaşma mövcuddur deyib.

İki ölkə arasında tarixi bağların olduğunu vurğulayan Bansal Hindistanla Türkiyə arasında ticarət həcminin təxminən 10 milyard dollar olduğunu bildirib.

Türkiyənin inşaat sektorunda qabaqcıl ölkələrdən biri olduğunu və bəzi türk şirkətlərinin də Hindistanda inşaat sektorunda fəaliyyət göstərdiyini qeyd edən Bansal bildirib ki, daha çox türk firmasının Hindistana gəlməsini istəyirlər. Eləcə də, Hindistanın əczaçılıq, informasiya texnologiyaları və bir çox başqa sahələrdə əməkdaşlıq üçün böyük baza var. "İki ölkə müdafiə sahəsində və bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilər. Düşünürəm ki, hər iki ölkə bu müstəvidə nəhəng addımlar atıb", - o, deyib. qiymətləndirməsini etdi.

Mübahisələrin həlli üçün beynəlxalq mexanizmin yaradılmasını vacib sayan Bansal, Hindistanın qonşuları ilə mübahisələrini "sülh yolu ilə" həll etdiyini və bunun mümkün olmadığı yerlərdə "üçüncü ölkə arbitrajına" və ya "beynəlxalq arbitraja" müraciət etdiklərini söyləyib. "Əleyhimizə olsa belə, arbitraj qərarını qəbul etdik. Bunu, bütün qlobal güclərin etməsini gözləyirik" - Bansal deyib.

Hindistanın Rusiyadan S-400 hava hücumundan müdafiə silahı almasına münasibət bildirən Bansal "Biz ABŞ-a dedik ki, bir ölkənin öz müdafiə siyasətini yürütmək hüququ var. S-400 Hindistan üçün uyğun hava hücumundan müdafiə sistemidir və bunu Vaşinqtona bildirdik. Hindistan heç vaxt heç bir hərbi ittifaqın üzvü olmayıb. Nəticədə biz öz qərarlarımızı həyata keçirməkdə azadıq” deyib. 

Bansal Pakistanın Hindistanın Orta Asiyaya çıxış əldə etməsinə tranzit imkanı vermədiyini deyən Bansal bildirib ki, ölkəsinin Mərkəzi Asiya dövlətləri ilə çox güclü mədəni və tarixi bağları möcuddur. "Biz başqa qapılar axtarmalıyıq. Şimal-Cənub dəhlizi və İrandakı Çabahar limanı axtardığımız başqa imkanlardır. İstənilən ticarət dəhlizinə ehtiyacımız var. Bizim Mərkəzi Asiyaya və ya Qafqaza çıxışımız həmişə arzu olunandır”, - deyə Bansal Şimal-Cənub dəhlizinə vurğu edərkən Azərbaycanla da yaxşı əlaqələr qurmaqda maraqlı olduqlarını deyib. 

Siyasət rubrikasından digər xəbərlər